Bakıda koronovirusa yoluxma göstəriciləri: Bu rayon birinci oldu - SİYAHI


Bakıda koronovirusa yoluxma göstəriciləri:


Azərbaycanda COVID-19 infeksiyasına yoluxanların 49,5 faizi paytaxtın payına düşür. Bakıdakı rayonlar üzrə ümumi yoluxanlar arasında ən çox xəstə isə Sabunçu rayonundandır.



AFN koronavirusinfo.az saytına istinadən xəbər verir ki, əvvəllər bu göstəricidə Yasamal rayonu birinci yerdə olsa da, hazırda bu yerdə 12,8 faizlə Sabunçu rayonu sayanır.

İkinci yerdə 12,7 faizlə Yasamal, üçüncü yerdə 12 faizlə Binəqədi rayonu qərarlaşıb. Sonrakı yerlərdə 11,3 faizlə Xətai,11,2 faizlə Nəsimi, 9,6 faizlə Nərimanov, 9,1 faizlə Suraxanı, 6,9 faizlə Nizami, 6,8 faizlə Qaradağ, 4,5 faizlə Xəzər, 2,8 faizlə Səbail, 0,4 faizlə Pirallahıdır.

Son məlumata görə, ölkəmizdə koronavirusa yoluxanların ümumi sayı 7876, sağalanlar 4377, aktiv xəstə sayı 3406-dır. COVİD-19 qurbanlarının sayı 93 nəfər çatıb. Ümumilikdə indiyədək ölkədə COVİD-19-la bağlı 343 391 test aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu