Brilliant Dadaşovanın oğlu xalqı təhqir etdi - FOTO


Brilliant Dadaşovanın oğlu xalqı təhqir etdi -


Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev sosial şəbəkədə müzakirələrə səbəb olan status yazıb.



Məşhur müğənninin övladı feysbukda “Fairmont Baku” otelində karantin rejiminin pozulmasını qınayanlar haqda post yazıb: “Ay “işverənlər”, sizə ona görə pis təsir edir ki, sizi “Fairmont”a dəvət etməyiblər”.

Onun sözügedən paylaşımı birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

Status ictimailəşəndən sonra Cahad Hacıyev şərh bölməsində bildirib ki, onun zarafatı təhrif edilib. Onun sözlərinə görə, Hacıyev xalqı təhqir etməyib: “İstifadəçiləri mənə qarşı qaldırırlar”.

Qeyd edək ki, ötən gün iş adamı Fətulla Babayevin oğlu İsmayıl babayev də istirahətini pozduğu üçün jurnalistləri “işverən” adlandırmış, daha sonra polis tərəfindən saxlanılmışdı. (“Qafqazinfo”)

Brilliant Dadaşovanın oğlu xalqı təhqir etdi -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu