Karantin rejimi: Sabah ictimai nəqliyyatın işi dayandırılacaq


 Karantin rejimi:


Bu həftəsonu xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.



AFN xəbər verir ki, ictimai nəqliyyatın fəaliyyəti bazar ertəsi bərpa olunacaq.

Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatla bağlı qadağa bu tarixlərdə tətbiq olunur:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Xatırladaq ki, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu