Şəhid generalın adı metro stansiyaya veriləcək? - RƏSMİ AÇIQLAMA


 Şəhid generalın adı metro stansiyaya veriləcək? -


Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin, xüsusən də general Polad Həşimovun adının əbədiləşdirilməsi istiqamətində geniş müzakirələr gedir.



Deputat və xalq artistlərindən tutumuş, sadə vətəndaşa kimi bir çoxları yeni açılacaq metro stansiyaya şəhid generalın adının verilməsini təklif edirlər.

Azərbaycanın xalq artisti Afaq Bəşirqızı da açıqlamasında bildirib ki, generalın adını əbədiləşdirmək üçün küçə, yeni açılacaq metro stansiya, gəmilərdən birinə onun adı verilə bilər. Hələlik bu istiqamətdə qərar verilməsə də, generalın adını daşıyacaq məkanın hara olacağı maraqla gözlənilir.

Yeni açılacaq stansiyaya şəhid generalın adının veriləcəyini dəqiqləşdirmək məqsədilə Nazirlər Kabinetinə müraciət etdik. qurumun Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov BAKU.WS-ə bildirdi ki, bu barədə hansısa məsələ müzakirə edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu