TƏBİB-dən çimərliklər və rayonlara gediş-gəlişin açılması ilə bağlı açıqlama


TƏBİB-dən çimərliklər və rayonlara gediş-gəlişin açılması ilə bağlı açıqlama


"Çimərliklərin açılması və rayonlara gediş-gəlişin bərpası ilə bağlı məsələlər müzakirə mərhələsindədir”.



AFN xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir: "Qərar qəbul olunan kimi ictimaiyyətə məlumat veriləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu