Prezidentin köməkçisi: “Bu gün keçiriləcək iclasda qaydalara nəzarətlə bağlı çox ciddi tapşırıqlar veriləcək”


 Prezidentin köməkçisi:


“Yumşalmalar nəticəsində yoluxmanın artması ehtimalı böyükdür. Bizim qarşımızda duran ən əsas məsələ virusun yoluxmasının qarşısımı almaqdır. Birinci istiqamət karantin rejiminin çox sadə qaydalarına əməl etməkdir. Bu, ən vacib məsələdir. Bu hər birimizdən asılıdır”.



AFN-in məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Ş. Mövsümov bildirib ki, qaydalara əməl etsək, yoluxmanın sürətini aşağı salacağıq:
"İkinci istiqamət qoyulan qaydalara əməl olunmasına nəzarəti həyata keçirməkdir. Bu istiqamətdə çox ciddi addımlar atılacaq. Bunun yükü hökumətin üstünə düşür.

Bu gün Baş nazirin başçılığı ilə böyük iclas keçiriləcək. Bütün icra başçılarına müvafiq tapşırıqlar veriləcək. Üçüncü virusa yoluxanları tez aşkar etməkdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu