Baş Prokuror: “Sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin təxribatı nəticəsində 19 mülki vətəndaş həlak olub, 63-ü yaralanıb”



“Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində sentyabrın 27-dən hazırkı vaxtadək 19 mülki şəxs həlak olub, 63 nəfər xəsarət alıb”.



APA-nın məlumatına görə, bunu Erməni Silahlı Qüvvələrin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, təxribatlar nəticəsində Goranboyda 5, Tərtərdə 8, Ağdamda 4, Füzulidə isə 2 mülki vətəndaş həlak olub.

Ölənlərdən 14 nəfəri kişi, 3-ü qadın və 2 azyaşlıdır.

Yaralıların isə 56-sı kişi, 6-sı qadın, 1-i azyaşlıdır.

Təxribatlar nəticəsində hazırkı vaxtadək 44 obyekt, 181 yaşayış evi yararsız hala düşüb.

K. Əliyev qeyd edib ki, bütün faktlarla bağlı prokurorluqda cinayət işi başlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu