ATƏŞ XƏTTİ: Düşmən Tərtərdə daha 2 evə raket atdı, məktəb mərmi atəşi ilə dağıdıldı FOTO VİDEO REPORTAJ


Döyüşlərin 11-ci günü Tərtər şəhərində nisbi sakitlikdir. Düşmənin raket və mərmi zərbələri şəhər mərkəzinə və rayonun ayrı-ayrı qəsəbələrinə, kəndlərinə düşməkdə davam edir.

Musavat.com-un Tərtərə ezam edilən reportyorlarının məlumatına görə, oktyabrın 7-də rayon ərazisinə 50-dən artıq raket və mərmi atılıb. Nəticədə 2 dinc sakinin evi dağılaraq yararsız hala düşüb, 1 məktəb binasına ciddi ziyan dəyib. Mülki əhali arasında itki yoxdur. Ümumilikdə Qarabağın işğalçılardan təmizlənməsi əməliyyatı başlanan gündən bu günə qədər rayon ərazisinə 9 mindən çox mərmi düşüb,

84 ev dağılıb, 350 evə ziyan dəyib. 9 rayon sakini olan mülki şəxs ölüb, 37 mülki şəxs qəlpə yaraları alıb.

Hazırda döyüşlər davam edir.
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu