Ermənistanda daha 28 nəfər COVID-19-dan ölüb


Ermənistanda daha 1 194 nəfərdə koronavirus aşkarlanıb.



AFN xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 93 448-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 28 nəfər artaraq 1 391-ə çatıb. COVID-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 376-ya yüksəlib. İndiyədək 56 466 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 35 215 aktiv koronavirus xəstəsi var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu