Erməni general Araik Arutyunyanı döyüb


Qarabağ separatçılarının lideri Araik Arutyunyan erməni general Mikael Arzumanyan tərəfindən döyülüb.



AFN xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra qondarma rejimin rəsmiləri toplantı keçiriblər.

Toplantı zamanı “Müdafiə Ordusu”nun komandiri Mikael Arzumanyan əsəblərinə hakim ola bilməyərək qondarma rejimin liderinə zərbə endirib.

Qeyd edək ki, qondarma Dağlıq Qarabağ respublikasının “müdafiə naziri” Cəlal Arutyunyanın məhv edilməsindən sonra onun yerinə Mikael Arzumanyan təyin olunmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu