Adil Allahverdiyev: "Taksilərə minəndə pəncərələri açıq qoymaq lazımdır"


“Siqaret çəkənlər də ehtiyatlı olsunlar. Misal üçün siqaret çəkəndən uzaq məsafədə olsan da, uzun müddət iyi gəlir. Taksilərə minəndə mütləq pəncərələri açıq qoymaq lazımdır”.



“Report” xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, virusu qida ilə təmin edən insanın özüdür:

“Ona görə də nə qədər laqeyd davransaq o qədər də virusu bədənimizdə qidalandırırıq”.

A.Allahverdiyev əlavə edib ki, vaksinə ümid bağlamaq olmaz:

“Sosial məsafə məsələsinə ciddi diqqət etmək lazımdır. Çünki hər kəsin ailəsində xəstəlik var. Ona görə də kütləvi yerlərdən uzaq durmaq lazımdır. Mütləq sərt tədbirlər görülməlidir, yoxsa xəstəxanalarda yer olmayacaq. İki həftə lazımdır ki, rəqəmlərdə müəyyən azalmalar əldə edək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu