Professor: "Qorunma tədbirlərindən başqa əlimizdə heç nə yoxdur"


“Bir ilə yaxındır ki, pandemiya bütün dünyanı, o cümlədən bizi narahat edir. Pandemiya başqdığı dövrdən indiyədək dövlət tərəfindən ən yüksək tədbirlər görülüb və görülməkdədir”.


"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, hazırda dünyada yoluxma sayı 64 milyonu keçib:

“Bu, çox narahatedici bir haldır. Görülən tədbirlərə baxmayaraq pandemiyanın sürəti səngimək bilmir. Bizim qorunma tədbirlərindən başqa əlimizdə heç nə yoxdur. Maskanı da düzgün geyinməliyik. Maska tənəffüs yollarını bağlamalıdır. Ehtiyac olmadan yaxınlaşma lazım deyil. Əllər sabunla yuyulmalıdır. Dezinfeksiyaedici məhlullardan istifadə etmək o qədər də vacib deyil. Hər ikisi olsa daha yaxşı”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu