"Şuşaya 4 km qalmışdı ki, yaralandım"


Azərbaycanın 44 günlük Vətən müharibəsində öz döyüş şücaəti ilə seçilənlərdən biri də Ağakişiyev Kamran Cavanşir oğludur. Kamran 1998-ci ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olub. 2013-cü ildə Qobu qəsəbəsində yerləşən Qəzənfər Xalıqov adına tam orta məktəbi bitirib və elə həmin il Dövlət Dəmiryolu Liseyinə daxil olur. 2016-cı ildə təhsilini bitirərək hərbi xidmətə yollanır. 2018-ci ildə hərbi xidməti başa vurduqdan sonra, yenidən Bakıya qayıdır.

İkinci Qarabağ müharibəsi zamanı sentyabrın 27-də çağırış gəlir və hərbi xidmətə yollanır. Qızğın döyüşlər zamanı oktyabrın 8-dən etibarən Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan və Xocəvənd uğrunda döyüşlərdə iştirak edib.

Oktyabrın 21- də Xocavəndin Ərgünəş dağında minaatan mərmisi partlayır və nəticədə ağır yaralanır. “Report”a həmsöhbət olan Kamran Ağakişiyev qeyd etdi ki, yaralanmasaydı Şuşaya 4 km-dən sonra çatacaqdı. Hal-hazırda Kamranın sol kürəyində açıq yara və bədəninin müəyyən hissələrində qəlpələr var. Müalicəsini ev şəraitində davam etdirir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu