Qazaxda şəhid dəfn olunub


Qazax rayonunda Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan Tural Məmmədovla vida mərasimi keçirilib.



"Report"un Qərb Mərkəzinin məlumatına görə, Qazax rayonunun Qızılhacılı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Tural Elxan oğlu Murovdağ istiqamətində döyüşüb. Mühraibənin ilk günlərindən ailəsi ilə əlaqəsi kəsilən hərbçimizin şəhid olduğu müəyyənləşib. Onun nəşi bu gün doğulduğu Qazax rayonuna gətirilib və yaxınlarının, rayon sakinlərinin iştirakı ilə Qızılhacılı kənd qəbiristanlığında torpağa tapşırılıb.

T.Məmmədov ailəli idi, üç yaşlarında əkiz bir oğlu və bir qızı yadigar qaldı.

Allah rəhmət eləsin!.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu