Sabah paytaxtda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq


COVID-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq dekabrın 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparacaq.



Bu barədə AFN-ə paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu