Adil Qeybulla: "Azalan yoluxma rəqəmləri reallığı əks etdirmir..."


"Yoluxma sayının həddindən artıq azalması rəsmi məlumatlardır. Bu rəqəmlər reallığı əks etdirmir".



Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, bu gün COVİD-19-a yoluxanların sayı deyilənlərdən çoxdur: "Çünki çox adam daha aidiyyatı qrumlara müraciət eləmir. Bu gün vəziyyət belədir ki, Abşeron yarmadasında əhalinin böyük əksəriyyəti xəstələnib.

Koronavirisun toxunmadığı ailə yoxdur. Bu, gözlənilən idi".

Adil Qeybulla bildirib ki, sərt karantin tədbirlərinin də əhəmiyyətini etiraf etmək lazımdır: "Ünsiyyət azalıb. Düşünürəm ki, yanvarın 18-dən sonra bəzi qadağalar götürülə bilər. Bu gün qadağalar təkcə bizdə deyil, bir çox ölkələrdə var".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu