Zəngəzurun Şurnux kəndi Azərbaycana qaytarıldı


Sünik bölgəsində (tarixi adı Zəngəzur -red) yerləşən Şurnux kəndi Azərbaycanın nəzarətinə keçir.



Virtualaz.org "Sputnik Ermənistan"a istinadən bildirir ki, bu barədə kəndin icma başçısı Akob Arşakyan “Facebook” hesabında bildirib.

"Hər şey bitdi. Azərbaycanlılar, ruslar və bizim sərhədçilərimiz gəldi, 5 yanvar tarixinə qədər vaxt verdilər. Kəndin ortasında postlar quracaqlar", - o, əlavə edib.

Arşakyan bu məsələdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1942-ci il tarixli xəritəsinə istinad edildiyini vurğulayıb.

Qeyd edək ki, bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda, Azərbaycanın Zəngilan bölgəsi ərazisindədir. Yəni, Azərbaycan suveren ərazisi üzərində nəzarəti bərpa edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu