Anar Kərimov nazir təyin edildi - SƏRƏNCAM


Prezident İlham Əliyev Anar Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.



Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu