AFN.AZ / İşdən çıxarılan Fazil Məmmədov:

İşdən çıxarılan Fazil Məmmədov:

İşdən çıxarılan Fazil Məmmədov:


Dünən prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri vəzifəsindən azad edilən Fazil Məmmədov səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Eks-nazir “Bizimyol.info” saytına açıqlamasında işdən çıxarılmasına da münasibət bildirib.

F.Məmmədov deyib: “Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm”.
6-12-2017, 17:00
Geri qayıt