AFN.AZ / Nazim İbrahimovun müavininə də kəskin ittiham:

Nazim İbrahimovun müavininə də kəskin ittiham:

Nazim İbrahimovun müavininə də kəskin ittiham:


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov vəzifədən çıxarıldıqdan sonra onun ətrafında qalmaqal böyüməkdədir. Belə ki, dünın mediaya açıqlama verən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev N.İbrahimov haqqında sərt ittihamlar səsləndirdi: "Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”. Ramiz Mehdiyev həmçinin qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: "Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.


R.Mehdiyevin açıqlamalarından sonra mediada N.İbrahimovun həbs olunacağı ilə bağlı xəbərlər özünə yer almağa başladı. Özünü Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı kimi təqdim edən şəxsin AFN-ə verdiyi məlumata görə isə N.İbrahimov tək deyil: "Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin toxundu məsələlər bütövlükdə Azərbaycan diasporasının problemləri ilə bağlı olsa da, nədənsə Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa qeyd olunan sahələr üzrə məsul şəxsi, yəni komitə sədrinin müavini Ramin Məmmədov hələ də işdən azad olunmayıb. Qeyd edək ki, komitənin Avropa və Asiya ölkələrindəki diaspora qrumları ilə işin təşkili birbaşa Ramin Məmmədovun kurasiyasında olub. O, Avropa və Asiya ölkələrində diaspora işinin təşkili ilə məşğul olmaq əvəzinə özü üçün biznes qurmaqla məşğul olub. Elə bunun nəticəsidir ki, Avropadakı söyüş müxalifəti meydana çıxıb".
Daxil olan məlumatda iddia edilir ki, R.Məmmədov Avrpa və Asiya ölkələrində Azərbaycan diasporası ilə yaxından-uzaqdan bağlılığı olmayan adamlardan müxtəlif miqdarda pullar alaraq onların adını Azərbaycan dövlətinin müxtəlif medallları ilə təltif edilən şəxslərin siyahılarına belə saldıra bilib. Bu iddianın nə qədər gerçək olduğun deyə bilməsək də, ümid edirik ki, gələcəkdə bu istiqamətdə araşdırmalar aparılacaq. Ramin Məmmədovla bağlı daxil olan məlumatda o da iddia edilir ki, bu şəxsin Bakıda və Avropa ölkələrində müxtəlif mağazaları fəaliyyət göstərir: "Maraqlıdır, görəsən, aylıq dövlət qulluqcusu kimi əməkhaqqı bəlli olan biri necə və hansı vəsaitlərlə belə brend mağazalara sahib olub? Yəqin ki, dövlətin müxtəlif qrumları Ramin Məmmədovun bu sahədəki "sıçırayışı”nı araşdırar". Məlumata görə, Ramin Məmmədovun biznes qurduğu Avropa ölkələrindəki söyüş müxalifəti artıq neçə aylardır Azərbaycan dövlətini, ölkəmizin prezidnetini və ailəsini, eyni zamanda digər müxtəlif dövlət adamlarını və ailələrini hədəf alaraq söyüş və təhqir yağdırmaqdadır. İddiya görə, məhz bu qüvvələri güya susdurmaq üçün Ramin Məmmədovun dövlətdən əlavə vəsait alsa da, bu pullar belə diaspora vasitələrinin inkişafına və həmin şəxslərin susdurulmasına sərf edilməyib: "Maraqlıdır, o zaman bu vəsaitlər hara xərclənib? Yəqin ki, Ramin Məmmədov nəzarətində olan sahəyə ayrılan vəsaitlərin hara və necə xərclənməsi ilə bağlı məşəl ayağına çəkiləcək və komitənin yeni sədri Fuad Muradova hesabat verməli olacaq".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

25-04-2018, 02:00
Geri qayıt