AFN.AZ / "Bu cür hadisələrin baş verməsi düşmənləri sevindirir"-

"Bu cür hadisələrin baş verməsi düşmənləri sevindirir"-

"Bu cür hadisələrin baş verməsi düşmənləri sevindirir"-


"Gəncədə iki polis əməkdaşının radikal ünsürlər tərəfindən şəhid edilməsi hamımızı ciddi şəkildə üzdü. Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik".

Bunu musavat.com-a millət vəkili Qənirə Paşayeva deyib. Bu hadisədən üzüldüyünü deyən millət vəkili bildirib ki, hadisələr hamı kimi onu da narahat edir: "Vətəndaşlarımız, bütün azərbaycanlıların əksəriyyəti dövlətimizin və qanunların yanında dayanıb. İnanırıq ki bu dəhşətli hadisəni törədənlər, bu cür hadisələrlə Azərbaycanı çalxalamaq istəyən, əmin-amanlığı pozmaq istəyənlər, bu oyunları quran xarici və daxili qüvvələr ifşa ediləcək, ciddi şəkildə cəzalandırılacaq, qanun qarşısında cavab verəcəklər. Bu məsələdə vətənimizi sevən vətəndaşlar dövlətimizin yanında olmalıdır. Polis əməkdaşlarının belə dəhşətli şəkildə qətlə yetirilməsini hamımız bir mənalı pisləməliyik. Hamımız buna qarşı etiraz səsimizi ucaltmalıyıq. Çünki bu çox ağır hadisədir. Azərbaycanda bu cür hadisələrin baş verməsi düşmənləri sevindirir. Ona görə də düşmənləri sevindirməməliyik. Bir daha ölkəmizdə bu cür hadisələrin baş verməməyini istəyirik".

Q.Paşayeva onu da qeyd edir ki, gəncəlilər daim dövlətin yanında olub: "Gəncəlilər hər zaman Azərbaycan üçün, dövlətimiz üçün böyük xidmətlər göstəriblər. Gəncəlilər dəyərli insanlardır. İnanıram ki, ötən gün axşam Gəncədə baş verənlərə görə gəncəlilər də çox kədərlidirlər. "İnanırıq ki, gəncəlilər bu radikal ünsürlərə qarşı öz etiraz səsini ucaldacaq və dövlətinin yanında olacaq".
11-07-2018, 01:30
Geri qayıt