AFN.AZ / XİN-dən Gəncə hadisələrinə reaksiya:

XİN-dən Gəncə hadisələrinə reaksiya:

XİN-dən Gəncə hadisələrinə reaksiya:


Ötən gün Gəncədə Azərbaycan polisinin rəşadəti, şücaəti nəticəsində destruktiv qüvvələrin qarşısı qısa müddətdə alınıb.

AFN xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ötən gün Gəncədə baş verənlərə münasibət bildirərkən deyib.

"Bu kimi provokativ, ölkəmizdə sabitliyi pozmaq kimi uğursuz cəhdlər onu göstərir ki, Azərbaycanın inkişafı, onun beynəlxalq səviyyədə əldə etdiyi uğurları Ermənistanla bərabər bəzi xarici dairələri də ciddi sürətdə narahat edir. Ölkəmiz müharibə vəziyyətində olan dövlətdir. Arxa cəbhədə olan zabitə qarşı əl qaldırılması, ona hücum edilməsi ön xəttə xidmət aparan əsgər və zabitlərimizə, ümumilikdə Azərbaycan xalqına qarşı cinayətdir", - H.Hacıyev bildirib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin 26 iyun möhtəşəm hərbi paradı Ermənistan da daxil olmaqla bir sıra xarici dairələri ciddi şəkildə narahat edir: "Bu kimi destruktiv qüvvələrə bəraət qazandıran və bəzi ölkələrdə gizlənən milli satqınlar xalqımız qarşısında utanmalıdırlar. Ölkəmizə, xalqımıza, dövlətçiliyimizə qarşı bu cür xəyanətkar əməllərə əl atan şəxslər ilk növbədə qarşılarında Azərbaycan xalqını görəcəklər".
11-07-2018, 10:53
Geri qayıt