Əsas Səhifə > Gündəm / Son Dəqiqə > AMEA "Böyük Ermənistan"la bağlı açıqlama yaydı

AMEA "Böyük Ermənistan"la bağlı açıqlama yaydı


17-08-2018, 00:06.
title}
AMEA "Böyük Ermənistan"la bağlı açıqlama yaydı


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu 11 avqust 2018-ci ildə AZTV-nin Mədəniyyət kanalında "Keçmişdən Gələcəyə” televiziya verilişində efirə verilən qondarma Böyük Ermənistan xəritəsi ilə bağlı rəsmi açıqlama yayıb.



İnstitutdan verilən məlumatda bildirilir ki, 08 avqust 2018-ci ildə AZTV-nin Mədəniyyət kanalında "Keçmişdən Gələcəyə” televiziya verilişində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - Balakən arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Natiq Alışov və ekspedisiyanın üzvü Aliyə Adgözəlova qonaq qismində iştirak edib və Qafqaz Albaniyasında xristianlıq, bu sahədə aparılmış tədqiqatlar və Balakən rayon Tülü kəndində 2017-2018-ci illərdə aparılmış arxeoloji qazıntılarla bağlı geniş məlumat verilib:

"11 avqust 2018-ci ildə Mədəniyyət kanalında "Keçmişdən Gələcəyə” verilişi efirə verilərkən aparıcının "Azərbaycan xəritəsinə nəzər salaq” ifadəsinə uyğun olmadan rus dilində qondarma Böyük Ermənistan xəritəsi kadrarxası efirə verilib”.

Arxeologiya və Etnoqrafiya İnstitutu sözügedən xəritənin institutun əməkdaşları ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb:

"Adıçəkilən institut əməkdaşları efirə gedən bu xəritəni televiziyaya təqdim etməyiblər və bu xəritəni digər tamaşaçılar kimi ilk dəfə televiziyada izləyiblər. "Keçmişdən Gələcəyə” verilişinin 11 avqust 2018-ci il tarixində efirə gedən buraxılışında kadrarxası montaj olunaraq göstərilən qondarma xəritəyə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun və verilişdə iştirak edən əməkdaşlarının heç bir aidiyyatı yoxdur və bunun üçün məsuliyyət daşımırlar”.
Geri qayıt