AFN.AZ / ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir


Bakı Ekspo Mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, İDEA İctimai Birliyinin dəstəyi ilə keçirilən “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi 16 noyabr 2018-ci il tarixində də davam edəcək.



Sərgidə şirkət nümayəndələrinin, sahibkarların maraq dairəsinə uyğun ekoloji dost texnologiyalar və ekologiya sahəsində həyata keçirilən fəaliyyətləri əks etdirən, o cümlədən uşaqların dünya görüşünü artıra biləcək və maraqlarına səbəb olacaq stendlər nümayiş olunur. Sərgi çərçivəsində viktorinalar da təşkil edilir və qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılır.

Hər kəsi sərgi ilə yaxından tanış olmağa dəvət edirik. Sərgiyə getmək istəyənlər üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının qarşısından hər iki saatdan bir avtobus təşkil olunub.

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir
ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir
ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir
ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir
15-11-2018, 18:35
Geri qayıt