AFN.AZ / 450 milyonluq mənimsəmə ittihamına cavab

450 milyonluq mənimsəmə ittihamına cavab

450 milyonluq mənimsəmə ittihamına cavab


"Azərbaycan Dəmir Yolları Kanadanın "Bombardier” şirkəti ilə cinayət əlaqəsinə girərək Dünya Bankının birinci tərəfə ayırdığı 450 milyon dollar məbləğində kredit vəsaitlərini mənimsəyiblər: dəyəri 19 milyon dollar olan avadanlıq "Bombardier” şirkəti tərəfindən Azərbaycana 5,5 dəfə baha – 104 milyon dollara satılıb.

Aradakı fərq "otkat” olaraq Azərbaycan rəsmilərinə çatıb. Azərbaycan rəhbərliyi və prokurorluğu bu nəhəng korrupsiya cinayətinə göz yumsa da, Dünya Bankı bu cinayəti araşdırmaqdan vaz keçməyib. Bu ağır cinayəti İsveç prokurorluğu ifşa edib. Həbs olunanlar var”.

AFN Bizimyol.info-ya istinadən xəbər verir ki, bu məlumat sosial şəbəkələrdə çoxsaylı istifadəçilər tərəfindən paylaşılıb və ciddi müzakirəl səbəb olub. Yayılan məlumatlarla bağlı qurumun sözcüsü Sevinc Qədirova bildirib ki, qurum iddialar əsasında hər hansı şərh vermək iqtidarında deyil:

""Bombardier” şirkəti ilə əlaqədar "The Globe and Mail” qəzetində dərc edilmiş məqalədə istinad və iddia olunan Dünya Bankının Şəffaflıq üzrə Vitse-prezidenti ofisinin audit nəticələri barədə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində məlumat yoxdur, bu səbəbdən Səhmdar Cəmiyyət rəsmi qaydada daxil olmamış sənədə dair iddialar əsasında hər hansı şərh vermək iqtidarında deyildir. Odur ki, məsələ ilə bağlı məlumat əldə etmək üçün aidiyyəti üzrə Dünya Bankının Şəffaflıq üzrə Vitse-prezidentinin ofisinə müraciət olunması tövsiyyə edilir”.
14-05-2019, 17:55
Geri qayıt