AFN.AZ / Sabiq nazirdən oğlu haqda xəbərə

Sabiq nazirdən oğlu haqda xəbərə

Sabiq nazirdən oğlu haqda xəbərə


Sabiq kənd təsərrüfatı naziri İsmət Abasovun oğlu Yunis Abasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda xəbərin ardından bu günlərdə mətbuat onun Londonda radikal dini təriqət üzvü olması barədə informasiyalar da yayıb.

AFN Modern.az-a istinadən xəbər verir ki, sabiq nazir açıqlamasında yayılanlar barədə danışmayacağını bildirib: “Oğlum haqqında neçə gündü bəzi informasiyalar yayılır. İndi də sələfi olduğunu yazırlar. Bir kəlmə ilə məsələyə son qoymaq istəyirəm. Yazılanların hamısı yalandır. Başqa heç nə deyə bilmərəm”.

Qeyd edək ki, İsmət Abasovun oğlu Yunis Abbasov haqqında yayılan məlumatlarda qeyd olunub ki, Yunis Abasov hələ Londonda təhsil alarkən dini baxışlarını dəyişib və sələfi təriqətinin daşıyıcısına çevrilib.

İsmət Abasov 1997-2004-cü illərdə kənd təsərrüfatı nazirinin 1-ci müavini, 23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə kənd təsərrüfatı naziri olub.

22 oktyabr 2013-cü ildə kənd Təsərrüfatı naziri vəzifəsindən azad edildikdən sonra həmin tarixdən Baş nazirinin müavini təyin olunub. 2018-ci il 21 aprel tarixində Prezident tərəfindən verilən sərəncamla vəzifəsindən azad edilib.
25-06-2019, 14:49
Geri qayıt