AFN.AZ / Nazir itkin düşən pilotun yaxınları ilə görüşdü -

Nazir itkin düşən pilotun yaxınları ilə görüşdü -

Nazir itkin düşən pilotun yaxınları ilə görüşdü -


Qəzaya uğramış hərbi təyyarənin pilotunun ailə üzvləri və yaxınları təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında müdafiə naziri Zakir Həsənov ilə görüşüblər.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı pilotun yaxınları “Təki, Vətən sağ olsun! Övladımızın xidməti ilə şərəf duyuruq!” deyərək, göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, iyulun 24-də Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hərbi təyyarə Xəzər dənizinə düşüb.

Nazir itkin düşən pilotun yaxınları ilə görüşdü -
Nazir itkin düşən pilotun yaxınları ilə görüşdü -
27-07-2019, 19:32
Geri qayıt