Əsas Səhifə > Gündəm / Son Dəqiqə > "Azəriqaz"dan avtomobilin çuxura düşməsilə bağlı

"Azəriqaz"dan avtomobilin çuxura düşməsilə bağlı


8-08-2019, 16:55.
title}
"Azəriqaz"dan avtomobilin çuxura düşməsilə bağlı


“Azəriqaz” İstehsalat Birliyi ötən gün minik maşınının qurum tərəfindən qazılmış çuxura düşməyi ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, avqustun 7-də günorta saatlarında Yasamal rayonu H.Cavid 231 ünvanında yeraltı qaz xəttində qaz sızması barədə məlumat daxil olub.

"Azəriqaz"dan AFN-ə verilən məlumata görə, əvvəlcə sızma ərazisi, daha sonra dəqiq sızma nöqtəsi müəyyənləşdirilib: "Müvafiq təşkilatlardan qazıntı icazəsi alındıqdan sonra işlərə başlanılıb. Təqribən 10 m uzunluğunda qaz xətti yenisi ilə əvəz olunub. Təqdim etdiyimiz fotolarda da əvvəlki korroziyaya uğramış və əvəzləmədən sonra yeni qaz xəttləri də əksini tapır. Bu gün qazılmış hissənin örtülməsi icra olunur. Məlumat üçün bildirmək istərdik ki, işlərə başlamamışdan öncə ərazi təhlükəsizlik lenti ilə əhatələnib və xüsusi xəbərdaredici nişanlar qoyulub. Lakin buna baxmayaraq minik avtomobillərindən biri qazıntı aparılmış yerə düşüb. “Azəriqaz” İB olaraq bir daha qeyd edirik ki, ərazidə bütün təhlükəsizlik tədbirləri əvvəlcədən icra olunub və hər hansı bir avtomobilin qazıntı sahəsində qəza törətməsi yalnız avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən irəli gələ bilər".

Xatırladaq ki, baş verən qəza nəticəsində yaralanan “Daewoo”nun sürücüsü Əziz Vəliyev sınıq xəsarətləri alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

"Azəriqaz"dan avtomobilin çuxura düşməsilə bağlı
"Azəriqaz"dan avtomobilin çuxura düşməsilə bağlı
"Azəriqaz"dan avtomobilin çuxura düşməsilə bağlı

Geri qayıt