Neftçalada avtomobil piyadanı vuraraq öldürdü


Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Qaramanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Qədimkənd kənd sakini Əsədov Natiq Saleh oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Qaramanlı kənd sakini, piyada 1983-cü iltəvəllüdlü Əhədov Rüstəm Rahil oğlunu vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu