İsmayıllıda itkin düşmüş şəxsin meyiti tapıldı


İsmayıllı rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb.


"Report"un xəbərinə görə, Ağsu rayon sakini 45 yaşlı Ceyhun Abuzərov bir neçə gün əvvəl İsmayıllı rayonunda işlədiyi fermadan çıxıb və geri qayıtmayıb.

Onun meyiti rayonun Qubaxəlilli kəndinin ərazisindəki Şirvan kanalında tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu