İstanbulda azərbaycanlı iş adamı özünü güllələdi


Türkiyənin İstanbul şəhərində intihara cəhd hadisəsi baş verib. Belə ki, şəhərin Beşiktaş rayonunda qaldığı oteldə Azərbaycan əsilli 40 yaşlı iş adamı Nihad Əliyev tapança ilə baş nahiyəsinə atəş açaraq özünü güllələyib.



KONKRET.az “Haberturk”ə istinadən xəbər verir ki, hadisə yerində olan həkim qrupları əvvəlcə intihara cəhd edən şəxsi müayinə ediblər. Nihad Əliyev sonradan təcili yardımla özəl xəstəxanaya aparılıb. Onun həyatının hələ ki, təhlükədə olduğu deyilir.

Qeyd edək ki, hadisə yerində görünən üç qadın polis idarəsinə aparılıb. Məlumata görə, iş adamı oteldə 6 dostu ilə birlikdə qalırmış.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu