Bakıda avtomobilin vurduğu piyada xəstəxanada öldü


Bakıda yol qəzası olub.

Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 30-da saat 13 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Sumqayıt şəhər sakini R.Qiyasov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ə.Bayramovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu