Binadan üzərinə daş düşən 14 yaşlı oğlan vəfat etdi - VİDEO


Bakıda həyətdə gəzərkən binanın fasadından qopan daş parçası üzərinə düşən 14 yaşlı Əli Şabanov xəstəxanada vəfat edib.



AFN xəbər verir ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçası düşüb.

“Kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə xəstəxanaya yerləşdirilən Ə.Şabanov bu gün vəfat edib.

Məlumatı hüquq-mühafizə orqanlarından "Qafqazinfo"ya təsdiqləyiblər.

Murad Əhməd





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu