GƏNCƏDƏ MƏKTƏBLILƏR ARASINDA KÜTLƏVI QRIP YAYILIB


Gəncədə təhsil müəssisələrində azyaşlılar arasında qrip virusu yayılıb.

Bu barədə məlumatı Gün.Az-a Gəncə Şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının uşaq şöbəsinin ordinatoru Xatirə Əliyeva verib.

Onun dediyinə görə, xəstəxanada stasionar müalicə alan 40-a yaxın azyaşlının 80 faizi qripin ağır formasından əziyyət çəkir.

“Yay fəslində bağırsaq infeksiyaları artmışdı. Son günlərdə isə müraciətlər əsasən qrip virusu ilə bağlıdır. Qrip immunitetlə bağlı olan virusdur. Mövsumi təsiri də var. Ona görə də, uşaqlar yaxşı vitaminli qidalanmalıdırlar ki, orqanizm virusla mübarizə apara bilsin”.

Xatirə Əliyevanın sözlərinə görə, fəsillə əlaqədar olaraq yuxarı tənəffüs yollarının resperator infeksiyasına yoluxanların da sayında artım müşahidə olunur. Həkim-pediator məsləhət görür ki, təmiz havada gəzmək və uşaqlar olan yaşayış otağının havasını tez-tez dəyişmək məsləhətdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu