Baloğlan Əşrəfov “Land Gruiser”i ilə qaydanı belə pozdu- VİDEO




Əməkdar artist Baloğlan Əşrəfov idarə etdiyi "Toyota Land Gruiser” markalı, 90 SA 388 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Avtosfer.az-ın əməkdaşı əməkdar artıstın bu hərəkətini aprelin 28-də Bakının Yasamal rayonu ərazisində lentə alıb. Belə ki, Baloğlan Əşrəfov idarə etdiyi avtomobili Mətbuat prospektindəki avtobus dayanacağında park edərək Azərbaycan Nəşriyyatına gedib. Dayanacaqda avtobus gözləyənlər isə Baloğlan Əşrəfovun bu hərəkətini ikrah hissi ilə qarşılayıblar.

Qeyd edək ki, əməkdar artistin bu qayda pozuntusu 40 manat cərimə ilə nəticələnə bilər. Düzdür, həmin yerdə başqa sürücülər də maşın saxlayaraq qayda pozublar. Qanuna görə, avtobus dayanacağına 15 metr məsafədə avtomobillərin dayanması və durması qadağandır. Lakin məsələ burasındadır ki, Baloğlan Əşrəfov əməkdar artistdir, sevilən müğənnidir. Və o, öz davranışı ilə cəmiyyətə nümunə olmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu