Bulvarda intihar: kişi özünü dənizə atıb




Dənizkənarı Milli Parkda kişi intihar edib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədiylə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb edilmiş və şəxsiyyəti məlum olmayan 1 nəfər kişinin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:52-də başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu