Bakıda baba 4 yaşlı nəvəsini öldürdü





Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.



Lent.az bildirir ki, Zığ qəsəbəsində Seyidov Məmməd Təvəkkül oğlu idarə etdiyi "Nissan X-Trail" markalı, 99 FT 314 dövlət qeydiyyat nişanlı avtoimobillə nəvəsi, 2013-cü ildə anadan olmuş Zalov İsrafil Səcəddin oğlunu vurub. Azyaşlı hadisə yerindəcə vəfat edib.

Bildirilir ki, hadisə dünən saat 18:50 radələrində Məmməd Seyidov maşınla işdən evə gələndə baş verib. Qapı açılandan sonra o, maşını həyətə salıb və bu zaman 4 yaşlı İsrafil ehtiyatsızlıqdan təkərin altında qalıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu