Bərdə sakininin törətdiyi qəzada 26 yaşlı oğlu həlak olub




Bərdə rayonunun Lək kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə 56 yaşlı Bərdə rayon sakini Süleymanov Hüseyn Zülfüqar oğlunun idarə etdiyi "Qazel" markalı yük avtomobili yol kənarında duran "Shacman" markalı yük maşınına arxadan çırpması nəticəsində qeydə alınıb.

Qəza zamanı sürücü ağır bədən xəsarətləri alıb, onun yanında əyləşən 26 yaşlı oğlu, Bərdə rayon sakini Süleymanov Yasin Hüseyn oğlu isə hadisə yerində dünyasını dəyişib. H.Süleymanov ətrafdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müxtəlif bədən xəsarətləri almış yaralının vəziyəti orta-ağırdır.

Faktla bağlı rayon Pols şöbəsində araşdırma aparılır.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu