Dəhşətli qəza- Müğənni müəlliməni vurub öldürdü (+18)VİDEO




Gəncə şəhərində dəhşətli yol qəzası qeydə alınıb.

Şəhərin Nizami rayonunda minik maşını ilə hərəkətdə olan sürücü yolu keçmək istəyən qadını vurub.

58 yaşı olan piyada Gəncədə 7 saylı orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edir. Adı Səidədir. Zərbənin gücündən qadının bir ayağı dizdən qopub, özü isə maşının qabaq şüşəsindən salona girib.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədən sürücünün adı Vasifdir. O, Gəncə şəhərində "İmperial” şadlıq sarayında müğənnilik edir.

Hadisənin başvermə səbəbinə gəlincə isə bildirilir ki, həmin vaxt Vasif başqa bir maşınla yarışırmış. Bu səbəbdən də qadın yola çıxanda maşını saxlaya bilməyib.(PressClub.az)

Dəhşətli qəza-


[media=https://www.youtube.com/watch?v=M4Gmj0sA-C4]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu