Bakıda səfir qəzaya düşdü




Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo yol qəzasına düşüb.

AFN lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nərimanov rayonu, Atatürk prospekti 58 ünvanının qarşısında baş verib. Səfirin idarə etdiyi “Toyota Prado” markalı, 048 D 002 dövlət qeydiyyat nişanlı xidməti avtomobil “Audi” markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə xeyli ziyan dəyib.

Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu