Şəkidə hovuza yıxılan 8 yaşlı oğlan komaya düşdü




Şəkidə 8 yaşlı oğlan istirahət mərkəzinin hovuzunda yıxılıb, vəziyyəti ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, iyunun 15-də, axşam saatlarında Şəki şəhəri, Bilallar küçəsi, ev 10 ünvanında yaşayan, 2009-cu il təvəllüdlü Ayxan Qurban oğlu Əzizli hələ ki istintaqa məlum olmayan səbəbdən “Marxal” istirahət mərkəzinin hovuzuna yıxılıb.

Hadisədən sonra 8 yaşlı Ayxan Əzizli Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Şəki MRX-dan sayta bildirilib ki, epilepsiya xəstəliyindən əziyyət çəkən Ayxan Əzizliyə sudaboğulma diaqnozu qoyulub. Komatoz halda olan Ayxan Əzizlinin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu