Avtobus küçədə insanları əzdi- Türkiyədə+Fotolar





Qaziantep şəhərində əyləc sistemi sıradan çıxdığı iddia edilən mikroavtobus öncə elektrik dirəyinə çırpılıb, sonra küçədəki insanları əzib.



“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, avtobus 200 metr hərəkət etdikdən sonra dayana bilib.

Dəhşətli hadisə zamanı 3 nəfər avtobusun altında can verib. Maşının içində iki nəfər, küçədə isə 7 nəfər olmaqla, ümumilikdə 9 nəfər xəsarət alıb.

Şahidlərin sözlərinə görə, 40 yaşlı Həsən Yavuz adlı bir kişini avtobus 200 metr sürüyüb.

Hadisə sakinlərin iftar yeməyini gözlədiyi vaxtda baş verib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu