Bakıda güclü partlayış: ər və arvad ağır yaralandı




Dünən gecə Bakıda iki nəfərin açır yanıq xəsarətləri alması ilə nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə Neftçi Qurban küçəsində yerləşən dördmərtəbəli mənzilin 4-cü mərtəbəsində baş verib.

Ev sahibləri Çıraqzadə Asif Knyaz oğlu ilə həyat yoldaşı Çıraqzadə Pərvanə Müzəffər qızı mənzilin çıxışında yerləşən qaz sayğacına böyük ehtimalla müdaxilə etmək istəyərkən ani alışma, yəni patlayış olub. Bu partlayış yanğına çevrilməyib.

Lakin hər ikisi baş və üz nahiyəsinin, eləcə də, bədəninin yuxarı hissəsinin yanığı xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə aparılıblar. Xəsarətləri ağır olduğundan hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Hazırda “Azəriqaz” İstehsalat Birliyi qaz sayğacında partlayışın baş vermə səbəbini araşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu