Bakının kəndində güclü yanğın başlayıb: Onlarla ev təhlükədə-Foto




Bakının Sabunçu rayonunda Maştağa qəsəbəsində güclü yanğın başlayıb.



Yanğın qəsəbədəki maşın təmiri sexlərindən birində qeydə alınıb. Belə ki, sexdə təmir üçün saxlanılmış 10 GA 462 dövlət nömrə nişanlı VAZ 21 07 markalı avtomobil qəfildən alışıb. Yanğın güclü olduğundan sexə yaxın yerləşən evlərdən birinə də sıçrayıb.

Sex ərazidəki evlərə çox yaxın yerləşir. Evlər isə bir-birinə sıx şəkildə tikilib. Yanğın tez bir zamanda söndürülməzsə, yaxınlıqdakı onlarla evə keçmə ehtimalı yüksəkdir. (bakipost)

Bakının kəndində güclü yanğın başlayıb:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu