Bakıda piyadanı öldürən "AA" seriyalı "Lexus"un sahibi məlum oldu- Yenilənib





Bakıda ağır yol qəzası baş verib.



AFN xəbər verir ki, Enter.News piyadanı vuraraq öldürən 99 AA 159 dövlət qeydiyyat nişanlı "Lexus"un sahibinin adını öyrənməyə nail olub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamada qəza törətmiş avtomobilin GESCO Mühafizə Şirkətinə məxsus olduğu deyilib.

Məlumat üçün qeyd edək ki, "GESCO” mühafizə və təhlükəsizlik şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətə AR Daxili İşlər Nazirliyi tərəfindən 03.02.2009 tarixində, xidmətinin həqiqətən də göstərilən qanunun tələblərinə tam cavab verdiyini təsdiq edən müvafiq Lisenziya verilib.

***

AFN Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu ərazisində - dəniz sahilinə gedən yolda 90 AA 159 dövlət qeydiyyat nişanlı "Lexus" yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzanı törədən avtomobil özəl şirkətlərdən birinə məxsusdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu