Dəniz kənarındakı məşhur restoranda dava




Bakıda dənizkənarı restoranlardan birində dava düşüb.



“Report” xəbər verir ki, Xəzər rayonu, Mərdəkan çimərliyində yerləşən “Black Jack” restoranında iki naməlum şəxs obyekt sahibi ilə hesab üstündə mübahisə edib.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları gəlib.

Restoran sahibi ilə mübahisə edən şəxslərdən biri - Pərvin Mehrəliyev saxlanılıb.

Məlum olub ki, mübahisə zamanı P.Mehrəliyevin tanışı özünə şüşə butulka ilə xəsarətlər yetirib.

Fakt üzrə araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu