Bakı İstintaq Təcridxanasında ölüm olub




Bakı İstintaq Təcridxanasında ölüm halı baş verib.



Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilən 1965-ci il təvəllüdlü Arif Piriyev vəfat edib. Onun böyrək çatışmazlığından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bir neçə vaxt öncə Penitensiar Xidmətin müalicə müəssisəsində müalicə alan məhkumlar – 1965-ci il təvəllüdlü Mehman Hümbət oğlu İbrahimov, 1934-cü il təvəllüdlü Qurban Əbuzər oğlu Nəsirov, 1985-ci il təvəllüdlü Elnur Mustafa oğlu Bəkirov və 1949-cu il təvəllüdlü Sərvər Hümbət oğlu Məmmədov da, xəstəlikdən vəfat ediblər. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu