Sabirabadda mikroavtobus aşdı: 2 ölü, 10 yaralı-yaralılardan üçü Bakıya gətirilir




Sabirabad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan on nəfərdən üçü vəziyyətləri ağır olduğu üçün Bakıya gətirilib.

AFN Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, həmin şəxslər Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Digər yaralıların müalicəsi isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, sentyabrın 11-də səhər saatlarında Sabirabadda sərnişin mikroavtobusu rayon mərkəzinə gedən yolda aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

* * *

Sabirabad rayonunda mikroavtobus aşıb.

Hadisə Sabirabad rayon mərkəzinə gedən yolda qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində iki nəfərin öldüyü, 7 nəfərin xəsarət aldığı bildirilir. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu