Lənkəranda iki avtomobil toqquşub- 1 ölü, 2 yaralı




Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.

AzVision.az xəbər verir ki, "VAZ-2106" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 2-si yaralanıb.

Ölən "VAZ"ın sürücüsüdür. "Mercedes"in sürücüsü isə xəsarət alıb. Digər yaralının hansı maşında olduğu bilinmir. Yaralılar xəstəxanaya yerləşdirilib.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu