Avtobus qəzası: ana övladını xilas etdi, özü öldü




Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda 39 saylı sərnişin avtobusunun dayanacağa çırpılması nəticəsində 1 nəfər ölüb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat veriblər.

Ölən qadının təxminən 25-30 yaşı var. Şahidlərin sözlərinə görə, qadın övladını qorumaq üçün onu kənara itələyib, özünü irəli atıb. Nəticədə, övladı sağ qalıb, qadın isə hadisə yerində ölüb. Təcili yardım cəsədi Klinik Tibbi Mərkəzin morquna aparılıb.

* * *

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.

39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Nəticədə bir qadının ağır yaralandığı, sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.

Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu